İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu, Baş nazirin Azərbaycana ilk səfəridir.