Kamçatkada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ 46 km dərinlikdə baş verib.
Zəlzələnin episentri Nikolskoye kəndindən 52 km aralıda yerləşib.
Seysmik hadisə yaşayış məntəqələrində hiss olunmayıb.