RU

Rusiyanın Kurskdakı əks-hücumu özü üçün fəlakətə döndü... - BILD analitiki

Üç gün ərzində ruslar 28 zirehli texnikanı və 200-dən çox əsgərini ölü və ya yaralı şəkildə itirib...
 
Rusiyanın Kursk vilayətində üç günlük əks-hücum əməliyyatından sonra rus qoşunları böyük itki veriblər və yalnız iki kiçik kəndi - Poqrebki və Darinonu geri ala biliblər.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu açıq məlumatların təhlili üzrə "BILD" eksperti Culian Repke deyib.
 
Repke qeyd edib ki, rus qoşunları Ukrayna qoşunlarını oradan sıxışdırıb çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı aparır.
 
Bundan əvvəl “The New York Times” Moskvanın oraya 50 minə qədər Rusiya və Şimali Koreya hərbçisi topladığını yazmışdı. Lakin analitikin fikrincə, Rusiya ordusu hələlik yalnız böyük itkilər verir. Və o, yalnız iki kiçik kəndi - Poqrebki və Darinonu geri ala bilib.
 
“Rusiyanın Kursk vilayətində üç günlük kütləvi əks-hücumundan sonra ilkin ərazi dəyişiklikləri. Nəticədə Rusiyanın 28 zirehli maşını (əsasən müasir "BTR-82A") vurulub və 200-dən çox əsgəri məhv olub və ya yaralanıb. Vladimir Putin və onun generalları üçün nə qədər böyük fəlakətdir”, - deyə Repke vurğulayıb.
 
Xatırladılır ki, noyabrın 9-da 24-cü Əlahiddə “Aydar” briqadasının döyüşçüsü Stanislav Bunyatov Rusiya qoşunlarının yenidən Kursk vilayətində hücuma keçdiyini bildirib. Yığılmış ehtiyatlar öz nəticəsini verir və bəzi yerlərdə düşmən irəliləyir.
 
S.Laçın
Избранный
30
50
moderator.az

10Источники