RU

"Kimlərlə yola davam edəcəyik və ya vidalaşacağıq - bunları öyrənirik"

"Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın basketbolçulardan ibarət yığmasının baş məşqçisi Evren Alkaya AVRO-2025-in seçmə mərhələsində Polşa və Litva millilərinə qarşı oyunların nəticələrini dəyərləndirərkən deyib.

Türkiyəli mütəxəssis güclü rəqiblərə qarşı oynadıqlarını qabardıb:

“AVRO-2025-in seçmə mərhələsində 50 illik və uğurlu tarixi olan ölkələrə qarşı oynadıq. Bu ölkələrdə insanlar həqiqətən də basketbolu yüksək səviyyədə anlayırlar.

Heyətlə bağlı ciddi şəkildə çalışırlar, yaxşı rotasiyalar edirlər. Biz isə hələ iki ildir formalaşmışıq.

Komandamız üçün çox ciddi dərsdir. Avropa basketbolunda yüksək səviyyədə çıxış etmək üçün nə lazım olduğunu öyrənirik.

Həmçinin oyunçuları hansı səviyyəyə gətirəcəyimizi düşünürük. Kimlərlə yola davam edəcəyik və ya vidalaşacağıq - bunları öyrənirik.

Turnir bu baxımdan çox önəmlidir. Qarşıya qoyduğumuz hədəflərə doğru necə irəliləyəcəyimizi bilirik".

Baş məşqçi turnirdə iştirakın Azərbaycan basketbolu üçün faydalı olduğunu deyib:

“Deyiləcək bir söz yoxdur, ribaund ala və müdafiə oluna bilmirsənsə, nəsə etmək mümkün deyil. Bu səviyyədə iki oyun keçirdilər, basketbolçular üçün çox çətindir.

Təcrübəli oyunçularımız əllərindən gələni etdilər, çox yoruldular. Turnirdə iştirak Azərbaycan basketbolu üçün böyük addımdır (report)”.

E.Alkayanın baş məşqçisi olduğu milli AVRO-2025-in seçmə mərhələsində son iki oyunda Polşaya 51:105, Litvaya 47:108 hesabı ilə məğlub olub.

Избранный
16
sportinfo.az

1Источники