“Radomyak”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında həftəsinin rəmzi komandasına daxil edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Ekstraklasanın "Facebook" rəsmi səhifəsi paylaşıb.
28 yaşlı müdafiəçi 15-ci turun ən yaxşı "11-liy"ində yer alıb. Məmmədovun ykomandası son turda “Poqon”u 1:0 hesabı ilə məğlub edib. Azərbaycanlı futbolçu matçı əvəzolunmadan yüksək səviyyədə keçirib.
Qeyd edək ki, 15 oyundan sonra 16 xalı olan "Radomiak" 13-cü pillədə qərarlaşıb.