RU

Millinin futbolçusu 22 yaşında öldü

Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo vəfat edib.

Msport.az xəbər verir ki, bir aydan uzun müddətdir komanda olan yarımmüdafiəçi 22 yaşında ölüb.

O, oktyabrın 7-də yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət almışdı. Ekvadorun paytaxtı Kitodakı hadisə zamanı onun və daha dörd nəfərin olduğu “Ford Explorer” 50 tonluq metal konstruksiyalara girib. İki nəfər qəzada ölüb, Anqulo xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Marko millidə 2 oyun keçirib.

Избранный
27
1
msport.az

2Источники