"LDU Kito" və Ekvador millisinin futbolçusu Marko Anqulo vəfat edib.
QOL.az xəbər verir ki, 22 yaşlı futbolçu 1 ay əvvəl ağır avtomobil qəzası keçirmişdi. O, xəstəxanaya yerləşdirilsə də xəsarətlərin ciddi olduğundan ömrünü xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Marko Anqulonun son klubu ABŞ-da "Sinsinnati" olub.