RU

Almaniyadan sonra Hollandiya hökuməti əlavə sərhəd nəzarətinə başlayacağını açıqlayıb

Hollandiya hökuməti qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün mövcud sərhəd təhlükəsizliyinə əlavə yoxlamalar tətbiq edəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, dekabr ayında istifadəyə verilməsi planlaşdırılan tətbiq ilə “qanunsuz miqrasiya və immiqrant qaçaqmalçılığı ilə konkret mübarizə” aparılması planlaşdırılır.

2005-ci ildən bəri Aİ ölkələrinin “xarici sərhədini” qorumaq vəzifəsi daşıyan Frontex sərhəd polisi var. Avropa İttifaqının (Aİ) məlumatına görə, üzv dövlətlər daxili təhlükəsizliyə ciddi təhlükə yaranarsa, müvəqqəti olaraq ölkə sərhədlərində əlavə yoxlamalar həyata keçirə bilərlər.

Sentyabrda Almaniyanın oxşar hərəkətindən sonra Hollandiya hökuməti bazar ertəsi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün quru sərhədlərinə əlavə nəzarət tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники