RU

Quterreş: Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər iqlim dəyişikliyi ilə mübarizədə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır

“Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır”.

"Operativ Media" xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib

O əlavə edib ki, qlobal istiləşmə probleminin həlli üçün üç prioritet müəyyənləşdirilib ki, onların icrası 2030-cu ilədək hər il temperaturda 9 faizlik azalmanı təmin edəcək:

“Bu gün tükənməkdə olan yanacaq ehtiyatlarının həcminin artırılması istiqamətində atılan addımlar məntiqsizdir. Hazırda ekoloji cəhətdən təmiz elektrik enerjisinə keçid dövrüdür. Bu amilin qarşısını nə ayrı-ayrı qruplar, nə biznes dairələri, nə də hökumətlər ala bilər. Lakin siz zəmanət verə bilərsiniz ki, istehsal olunacaq bu növ elektrik enerjisi və yanacaq ehtiyatının həcmi qlobal temperaturu 1,5 dərəcə səviyyəsində saxlamağa kömək edəcək. Mən təkidlə sizi üç prioritet üzərində diqqəti cəmləməyə çağırıram. Onlardan birincisi tullantıların həcminin 2030-cu ilədək hər il ərzində 9 faizədək azaldılmasıdır. Beləliklə, göstərilən dövrədək bu həcm 2019-cu ilə nisbətdə 43 faiz azalacaq. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında qlobal istiləşmə ilə mübarizə aparan bütün tərəflər ədalətli və effektiv enerji bazarlarının formalaşması təklifi ilə razılaşmalıdır. Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır”.

Избранный
17
3
operativmedia.az

4Источники