RU

Yığmanın gənc üzvü dünyasını dəyişdi

Ekvador milli komandasının və "Kito" klubunun futbolçusu Marko Anqulo dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı Ekvador Futbol Federasiyasının mətbuat xidməti yayıb. 



Anqulo oktyabrın 7-də Kito şəhərində baş verən avtomobil qəzasından sağ çıxsa da, həkimlərin onun həyatı üçün bir aydan çox müddətdə apardıqları mübarizə nəticəsiz qalıb. Qəza nəticəsində o, çanaq sümüyü sınığı, pnevmotoraks, beyin ödemi və digər xəsarətlər alıb. 

22 yaşında vəfat edən futbolçu bu ilin martında Ekvadorun “Kito” klubuna keçib. O, həmçinin Sudamericana kubokunu qazandığı "İndependiente"də də oynayıb. 2022/23 mövsümündə isə Anqulo "Cincinnati"nin heyətində MLS-in qalibi olub.

Anqulo Ekvador millisində 2 oyun keçirib.

Mirağa

Избранный
46
fanat.az

1Источники