Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin açıqladığı saxta qidalar siyahısına bu dəfə məşhur viski brendi daxil olub. Siyahıya daxil edilən viskinin həcminə görə spirtin az olduğu və yeməkdə istifadəsinə icazə verilməyən spirt olduğu müəyyən edilib.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Pernod Ricard şirkətinin istehsalı olan Chivas Regal adlı viski siyahıya əlavə edilib.
Spirtli içkilər kateqoriyasında yoxlanılan Chivas Regal viskisinin seriya nömrəsi LKWT2991 olaraq göstərilib.
Yoxlama təfərrüatına görə, viskidə yeməkdə istifadəsinə icazə verilməyən spirt aşkar edilərək, həcminə görə spirt tərkibinin qeyd ediləndən az olduğu da bildirilib.
Ceyran