RU

Palma yağı ilə bağlı daha bir dəhşətli fakt: Skleroz yaradır

Nyu-York Şəhər Universitetinin (CUNY) alimləri palma yağı ilə bağlı maraqlı araşdırma aparıblar. Elm adamları siçanlarda dağınıq sklerozla palma yağı arasında əlaqə tapıblar. Bu yağdan hazırlanan məhsullardan aktiv istehlak zamanı neyronlar ciddi zədələnirmiş. Araşdırmanın nəticələri Glia jurnalında dərc olunub.

Palma yağının dağınıq sklerozun inkişafına necə təsir etdiyini öyrənmək üçün elm adamları iltihablı demiyelinasiyanı araşdrımalı olublar ki, burada da otoimmün ensefalomielitli siçanlardan (dağınıq skelerozlu insanların “analoqu” sayılır-red.) istifadə ediblər. Məlum olub ki, palma yağı ilə zəngin qidalar siçanlarda xəstəliyin şiddətini daha da artırıb.

Alimlərin fikrincə, buna yağın istehsal zamanı mitoxondriləri zədələyən və neyronları iltihabla mübarizə üçün enerjidən məhrum edən zəhərli C16-keramid maddəsinə çevrilməsi səbəb olub.

Dağınıq skleroz bütün bədəndəki sinir liflərini qoruyan izolyasiya edən miyelin qabığının geniş şəkildə zədələnməsi ilə xarakterizə olunan iltihablı otoimmün xəstəlikdir.

Xəstəliyin inkişafının əsas simptomlarından biri, xəstənin müstəqil və effektiv şəkildə hərəkət etməsinə imkan verməyən, tədricən artan əzələ zəifliyidir. Dağınıq skleroz həm də ayaqlarda zəiflik, kiçik motorikanın pozulması, nitq, görmə pozğunluğu, başgicəllənmə və uyuşma kimi problemlərlə özünü göstərir. 

Tural

Избранный
21
news365.az

1Источники