RU

Prezidentin köməkçisi: Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunur

Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbir qlobal iqlim mövzusuna həsr olunub və iqlim dəyişikliyi bütün dünyanı narahat edən məsələdir:

"Azərbaycan tədbirə ev sahibliyi edərək qlobal iqlim probleminin həlli istiqamətində lazımi tədbirlər görür. COP29-da Azərbaycandan 200-dən çox jurnalist iştirak edir. Eyni zamanda Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, "Azadlıq Radiosu" olaraq siz də iştirak edirsiniz. Bu o deməkdir ki, Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunur".

"Qeyd olunan şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib, qeyri-jurnalist fəaliyyəti ilə əlaqədar olan proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması mənasına gəlmir. Jurnalist olmaq qanunu pozmağa əsas vermir. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan qanunlarının pozulmasıdır. Özlərini media orqanı adlandıran təsisatlar bunu dərk etmirlər. Təəssüflər olsun ki, "Azadlıq Radiosu" da daxil olmaqla özünü media orqanı hesab edən bəzi resurslar populizm və şou xarakterli təbliğatla məşğuldurlar”, - Prezidentin köməkçisi bildirib.

Избранный
7
16
far.az

10Источники