RU

Azərbaycan güləşçisi Çində kəmər qazanıb

Azərbaycan güləşçisi Murad Əhmədiyev Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib. 10-a yaxın ölkənin idmançısının iştirak etdiyi turnirdə U-20 yığmasından Davud Məmmədov (77 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək kəmərə sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıb. İki həftə davam edəcək hazırlıq prosesində adıçəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kiloqram), Vədat Qasımlı (60 kiloqram), Tural Əhmədov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kiloqram) və Arif Niftullayev (97 kiloqram) iştirak edəcəklər.

Избранный
8
8
90deqiqe.az

10Источники