RU

COP29-un ikinci günü: Ekspertlər iqlim dayanıqlı iqtisadiyyata keçid planlarını müzakirə etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada "Climate transition plans: Challenges and solutions" ("İqlim keçid planları: Çağırışlar və həllər") mövzusunda qapalı panel müzakirəsi keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbir dünya üzrə şirkətlər şəbəkəsinə malik olan beynəlxalq audit-konsaltinq korporasiyası KPMG tərəfindən təşkil edilib.
Müzakirənin moderatoru korporativ dekarbonizasiya proqramı çərçivəsində KPMG-nin nümayəndəsi Saymon Uiver (Simon Weaver) olub.
Sessiya zamanı "Fərdi və kollektiv olaraq düzgün şeylərə diqqət yetiririkmi?" və "Daim sərtləşən qaydalar tərəqqiyə kömək edir, yoxsa mane olur?" kimi vacib məsələlər müzakirə edilib.
Panel iclasında Beynəlxalq Dayanıqlı İnkişaf Standartları Şurasının (ISSB) strateji məsələlər və potensialın inkişafı üzrə rəhbəri Mardi Makbrien, "Aon" beynəlxalq şirkətinin iqlim riskləri üzrə məsləhət şöbəsinin qlobal rəhbəri Elizabet Henderson, "JP Morgan"ın icraçı direktoru, dayanıqlı inkişaf və ekoloji, sosial və korporativ idarəetmə üzrə şöbə rəhbəri Luk Nelson, Kembric Dayanıqlı İnkişaf İnstitutunun (CISL) baş layihə meneceri Svetelina Kuzmanova iştirak ediblər.
Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə zəruri tənzimləyici tədbirlər və real tərəqqinin stimullaşdırılması arasında balans axtarıblar.
İddialı iqlim məqsədlərinə nail olmaqda hərəkətverici qüvvə kimi dürüstlük və əməkdaşlığın roluna xüsusi diqqət yetirilib.
Əlavə edək ki, ikinci günün proqramı ilə müvafiq linkdən daha ətraflı tanış ola bilərsiniz.
Rufina Abdullayeva
Избранный
27
45
oxu.az

10Источники