RU

COP for Hope: Azərbaycanla külək və günəş enerjisi sistemləri ilə bağlı birlikdə fəaliyyət göstərə bilərik - Keniyanın Baş naziri

Bakı, TurkicWorld

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Keniyanın Baş naziri Musalia Mudavadidir.

O, TurkicWorld-ə açıqlamasında Azərbaycanla tərəfdaş olduqları üçün xoşbəxtik olduqlarını bildirib.

Baş nazir Azərbaycanın COP29-un təşkilində çox yaxşı iş gördüyünü vurğulayıb:

"100-dən çox ölkənin nümayəndələri bu konfransa qatılıblar. Onlar ölkə başçıları, nazirlər səviyyəsində təmsil olunurlar. Gözləntilərimiz budur ki, ölkələrimiz əslində ritorika kimi görünə biləcək şeyləri uzaqlaşdıra bilsin.

İqlim dəyişiklikləri ilə mübarizəyə səbrlə yanaşmaq lazımdır. Burada maliyyədən də praqmatik yöndə istifadə edilməlidir. Ümid edirəm ki, bu məsələdə bu gecə nailiyyətlər əldə olunacaq".

"Biz Azərbaycanla tərəfdaş olduğumuz üçün xoşbəxtik. İnanıram ki, külək və günəş enerjisi sistemləri ilə bağlı birlikdə fəaliyyət göstərə bilərik. Bu sahədə əməkdaşlıq edə biləcəyimizə inanıram. Çünki texnoloji fazanız çox yaxşıdır və birlikdə bu sahədə yeni töhfələrə nail ola bilərik", - Baş nazir bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
16
16
turkic.world

10Источники