RU

Bəşər tarixində əzmkarlığına bir çox kişinin həsəd aparacağı 11 iradəli qadın

Güclü xarakter, misilsiz möhkəmlik, şəraitə zidd hərəkət etmək bacarığı. Bu cür xarakter xüsusiyyətləri adətən kişilərə aid edilir. Amma bütün dövrlərdə öz müasirlərini cəsarəti ilə təəccübləndirən qadınlar olub.

KONKRET.az onların bir neçəsi barədə araşdırma aparıb.

Xuana İnes de la Kruz

Sor

Meksikalı Xuana İnes de la Kruz (1651-1695) uşaqlıqdan xüsusi  qabiliyyəti ilə seçilib. 3 yaşında təkbaşına oxumağı, 6 yaşında yazmağı, tikməyi  öyrənib.İlk şerini  8 yaşında yazıb. 15 yaşında  kraliçanın ilk fəxri qulluqçusu oldu.  Xuana  əsl gözəllik simvolu idi. Amma  gənc yaşda kilsəyə getməyə qərar verəndə hər kəsi təəccübləndirib. O, bunu yalnız orada bir qadının sakitcə elm öyrənə biləcəyi ilə izah edib. Xuana tarixə əsl orijinal və şıltaq şair kimi düşüb, onun əsərləri bu günə qədər təkrar nəşr olunur.

Akvitaniyalı  Alienor

Orta

12-ci əsrdə gözəllik müsabiqələri olmadığından hər kəs “Miss Avropa” titulunun kimə məxsus olduğunu bilirdi. Bu,  iki padşahın məşuqəsi Akvitaniyalı Alienor idi. Onun birinci  əri Fransa kralı VII Lüdovik idi. Kral  arvadını hədsiz dərəcədə qısqansa da  öhdəsindən gələ bilmirdi.  Fransa kralından boşandıqdan sonra ona İngiltərə kralı elçi düşdü və Alianor yenidən kral arvadı oldu. İngiltərə kralı 2-ci Henri ilə ailə həyatı quran Alienor  beş oğul və üç qız dünyaya gətirdi.  Amma bir müddət sonra kralın qəzəbinə tuş gəldi və ona kralın şəxsi həyatına qarışmamaq tapşırığı verildi. Bununla belə, Alianor 16 il həbsxana həyatı yaşadı. Onu zindandan oğlu Riçard kral olduqdan sonra xilas etdi.

Mirabal  bacıları

Tükürpədən

Mirabal bacıları – Patria, Minerva və Mariya Tereza siyasi fəal idilər. Onlar o vaxtkı prezident Rafael Trujillonun Dominikan Respublikasında qurduğu rejimə qarşı mübarizə aparırdılar. Bacılar  öz ərləri ilə birlikdə ölkələrində ədalət və demokratiya uğrunda mübarizə aparıb, yeraltı inqilabi hərəkatın üzvləri olublar. Çoxsaylı həbslər bu qadınların fəaliyyətini  dayandıra bilməyib. 1960-cı il noyabrın 25-də bacılar edam edilib və hökumətin bu addımı  kütləvi etirazlara səbəb olub. Cəmi 6 ay sonra diktator Trujillo həbs edilib  və onun rejimi süqut edib. BMT bundan sonra 25 noyabr tarixini Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edir.

Nina Petrova

Nina

Böyük Vətən Müharibəsi illərində   Nina Pavlovna könüllü ordu sıralarına qoşuldu. Əvvəlcə tibb batalyonunda çalışdı, sonra snayper kimi döyüşdü. Əsgərlərin mehribanlıqla “Mama Nina” adlandırdıqları bu cəsur  qadın 1945-ci ilin fevralına kimi 512 snayper yetişdirmiş, bir çox orden və medallarla təltif edilmişdi. Təəssüf ki, böyük qələbəni görə bilməyib. Qələbədən cəmi 8 gün əvvəl həlak olub.

Nensi Ueyk

Nancy

Gestapo bu xanımın başına 5 milyon frank qiymət qoymuşdu. Buna baxmayaraq nasistlər “Ağ siçan” ləqəbli Nensini tuta bilmədilər. Nensinin döyüş ruhu onu ölümdən qoruyurdu. O, yalın əlləri ilə keşikdə dayanan alman əsgərini öldürəndə hər kəs onun qəhrəmanlığına heyran qaldı. Müharibədən sonra  Ueyk müxtəlif ölkələrdən çoxlu sayda mükafat və medallara layiq görüldü. Gestaponun axtardığı xanım  2011-ci ildə 98 yaşında vəfat etdi.

Janna Dark

Orleanlı

Fransa tarixində bu əfsanəvi qadının böyük rolu var.  Yüzillik Müharibədə orduya rəhbərlik edərək əsgərləri qələbəyə ruhlandırıb. Tutulduqdan sonra məlum olub ki, Jannanı  ittiham etmək o qədər də asan deyil. Qızın məhkəmədəki cəsarəti hər kəsi heyran qoymuşdu. Janna bütün ittihamları inamla təkzib edirdi. Buna baxmayaraq Janna Dark  odda yandırıldı. O, dünya tarixinə ən cəsur qadınlardan biri kimi düşdü.

Lilian Bland

Lilian

Gənclərdən biri  Lilian Blandın yanında qadınların və texnologiyanın tamamilə uyğun olmadığını dedi.  Bundan təsirlənən xanım fotoqraf yeni texnologiya icad etməyi düşündü. O, 1910-cu ildə İrlandiyada öz təyyarəsini düzəltməyə nail oldu. Onun düzəltdiyi aparat cəmi 27 metr uçdu. Bundan sonra onun ixtrası daha da təkmilləşdirildi.  Lillian uzun və maraqlı həyat yaşadı. 93 yaşında Kanadada dünyasını dəyişdi.

Tomoe Gozen

Tomoe

Yapon tarixində saysız-hesabsız qadınlar silaha sarılmaq məcburiyyətində qalıblar. Bunlardan biri də Tomoe Gozen idi.  Gozen feodal Yaponiyasında  qadın döyüşçülərin əsl nümunələrindən biri hesab olunur.  Gempei müharibəsində (1180-1185)  zabit kimi iştirak edib.  O, iblislərdən, və  tanrılardan qorxmadan, cəsarətlə  ata minib,  döyüş zamanı öndə gedib. Yaponiyada onun şöhrəti barədə əfsanələr  dolaşır. Qadın döyüşçülərin nadir nümunəsinə çevrilən Tomoe obrazı tez-tez sənət əsərlərində  istifadə olunur.

Roza Lüksemburq

Roza

Bu qadın əbədi olaraq dünya tarixinə ən nüfuzlu inqilabçılardan biri kimi daxil olub. O, Birinci Dünya Müharibəsi zamanı müharibə əleyhinə təşviqatına görə dəfələrlə repressiyaya məruz qalmışdı. Amma bu, onun mübarizəni davam etdirməsinə, məqalələr və broşuralar yazmasına mane olmadı. O, dostlarını siyasətdə müstəqil rol almağa və ərlərinin hökmranlığından azad olmağa çağırıb. Roza inanclarının əvəzini öz həyatı ilə ödəməli olsa da, adını əbədi olaraq keçən əsrin ən cəsur qadınları sırasına yazdı.

 

Hedy Lamarr

Hedy

Hedy 16 yaşında evi tərk edib və  filmlərdə çəkilməyə başlayıb. Avstriyalı milyonçu ilə evlənib  və 4 illik darıxdırıcı evlilikdən sonra Hollivuda gedib.  Burada o, nəinki uğurlu aktrisa, həm də ixtiraçı kimi uğur qazanıb.Dəqiq elmlər üzrə qeyri-adi qabiliyyətləri ona birinci ərinin həmkarları ilə apardığı silahlarla bağlı söhbətlərin bir çox texniki detallarını təkrarlamağa imkan verib. Nəticədə, bu kövrək qadın müdaxiləyə davamlı radio ötürülməsi texnologiyasını patentləşdirməyə müvəffəq olub. Onun ixtirası əsasında  GSM, GPS, Bluetooth və Wi-Fi 802.11 sistemləri yaradılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
22
konkret.az

1Источники