RU

Fransanın tarixdəki ən ağır cinayəti: Ruanda soyqırımı necə başlamışdı

Günümüzdəki Fransaya nəzər salsaq, söz sahibi olduğu tribunalardakı statusundan istifadə edərək yalnız haqqın səsini boğmaqla, anti-Azərbaycan, anti-Türkiyə siyasəti yeridən bir dövlət müşahidə edərik. Özünün müəllifi olduğu milyonlarla insan qırğını, milyardlarla müstəmləkə ölkələrinin əmlakının mənimsənilməsi məsələlərini hər vəchlə gizlədər, amma Azərbaycanın və qardaş Türkiyənin haqq səsi yüksəldikdə isə isteriya ilə cavab verər.
 
Moderator.az Müsavat.com-a istinadla yaxın keçmişdə dünyanın gözü qarşısında məzlum Afrikada Fransanın törətdiyi dəhşətli Ruanda soyqırımı haqqında maraqlı faktları təqdim edir.
 
Fransanın bir qitədə törətdiyi dəhşətli soyqırımları yalnız başqa qitədə törətdiyi qırğınlarla müqayisə etmək olar.
 
Soyqırımdan cəmi 30 il vaxt keçib. Hadisə şahidlərindən, ölməsə də ölümdən betər yaralar alan ruandalılardan hələ də həyatda olanlar var. Fransanın basqılarına, təzyiqlərinə rəğmən hələ də yerli xalq beynəlxalq tribunalarda haqq səsini ucaltmağa çalışır, xarici mətbuata müsahibələr verir.
 
Qırğınlar zamanı 800 min- 1 milyon arası insanın həyatına son qoyulub. Rəsmi sənədlərdə bu qırğınlar vətəndaş müharibəsi, etnik qruplar arasında baş verən müharibə kimi qeyd olunsa da, məsələnin kökü başqa idi.

WhatsApp Image 2024-11-12 at 14.58.03 (2).jpeg (135 KB)

Soyqırımın digər rəsmi adı Tutsilərin soyqırımıdır. Ruandada yaşayan tutsilərlə hutilar arasında zaman- zaman alovlanan müharibə qığılcımları 1994-cü ildə ölkə prezidentinin də olduğu təyyarənin vurulması ilə daha da şiddətlənir. 100 gün davam edən qırğınlarda ölkə əhalisinin 20 faizi həyatını itirir. Tutsilərin yaşadığı ərazilərə kütləvi hücumlar təşkil olunur, yaşından, cinsindən asılı olmayaraq ələ keçirilən hər kəs qətlə yetirilir. Qadınların kütləvi təcavüzə uğraması nəticəsində QİÇS xəstəliyi qitəni ağuşuna alır. Ölkə yerlə-yeksan olduqdan, bütün infrastruktur dağıdıldıqdan, aclıq, səfalət və xəstəliyə təslim olduqdan sonra soyqırım dayandırılır.
 
Həmişəki kimi yenə BMT, Fransa “qəhrəman” kimi meydana atılmaq istəyir. Güya qırğınlara son verən qüvvələr məhz Fransa ordusu və hökümətidir. Üstəlik, illərdir Ruandanın sərvətlərini talayan Fransa qırğından xəbərsiz olduğunu iddia edir. Lakin şahidlər və tədqiqatçılar bütün bu cəfəngiyatı faktlarla puça çıxarırlar. Hər şeydən öncə həyatda qalan tutsilər ərslərdir hutular və digər qonşuları ilə mehriban yaşadıqlarını iddia edirlər. Fransanın qanlı ayaqları və məkrli beyni bölgəyə qədəm basdıqdan sonra ölkədə etnik qruplar arasındakı toqquşmaların, münaqişələrin bilərək alovlandırıldığını sübut edirlər. Faktlar Fransa ordusunun qırğından çox az öncə ərazini tərk etdiyini göstərir. Əgər soyqırımdan xəbəri yox idisə, nə üçün məhz həmin vaxtda bölgədən uzaqlaşmışdılar? Hadisə şahidləri hutuların dəstələrində fransızları görmüşdülər. Təsadüfən sağ qalanlar fransızların həm də birbaşa qırğınlarda iştirakının şahidi olmuşdular. Onlara silah çəkənlər təkcə hutular deyildi. Bütün bu və digər iddilarla Fransanın bu soyqırıma birbaşa dəstəyi beynəlxalq hesabatlarda əksini tapıb.
 
6 apreldə başlayan soyqırıma 23 iyunda Fransa “yardım əlini uzadır”. Ölkənin cənub-qərbində güya təhlükəsiz zona yaratmaq üçün hərbi əməliyyat həyata keçirir. Sonradan bəlli olur ki, bu, silahı və gücü azalan hutu hökümətinə yeni silahlar və strateji-hərbi məlumatları ötürmək üçün Fransanı növbəti yalanı imiş.
 
1998-ci ildə Fransa prezidenti Mitterant mətbuata müsahibəsində bunları deyir : “ O ölkələrdə soyqırımın baş verməsi əhəmiyyətli bir məsələ deyil.”

WhatsApp Image 2024-11-12 at 14.58.03 (1).jpeg (35 KB)

Fransanın Mediapart internet saytı fevral ayında nəşr etdiyi "Ruanda soyqırımı: Fransanın yalanları ortaya çıxdı" başlıqlı xəbərdə Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE-yə aid sənədə əsaslanaraq, Fransanın təxminən 800 minə yaxın Ruanda soyqırımının real günahkarlarını gizlətdiyini qeyd etdi.
 
Ruandada soyqırımı törədən Hutu hökumətinin uzun müddət dəstəkçisi olduğu Fransa qırğınların ölkədə və beynəlxalq arenada araşdırılmasının qarşısını alır.
 
Soyqırım dövrü ilə bağlı arxivlərə “dövlət sirri” qadağası aradan qaldırılsa da, keçmiş prezident Mitteranın ikinci qadağası səbəbindən sözügedən arxivlərə daxil olmaq mümkün deyil.
 
O da məlumdur ki, Fransa Konstitusiya Məhkəməsi 2017-ci ilin sentyabrında Ruanda soyqırımı ilə bağlı çalışan tədqiqatçının soyqırım dövrü ilə bağlı prezident arxivlərinə daxil olmaq tələbini rədd edib.
 
Ruandada hər il soyqırım qurbanları yad olunur. Ölkədə matəm elan olunur.
 
2017-ci ildə Makron Ruandaya səfəri zamanı Fransanın soyqırımdakı rolunu inkar edir. Halbuki, tarixçilər də bu qırğında əsas rolun Fransanın icra etdiyini sübut ediblər.
 
Fransanın belə qırğınları təşkil edib, sonra gizlətməsinin başqa bir səbəbi da var. Afrikadakı xəstəlikdən, aclıqdan qırğınlardan Fransaya pənah aparan yerlilər burada çox cüzi maaşla ən ağır işlərdə işlədilir. Onların fiziki gücü, zehni Fransada da istismar olunur. Bu cür cinayətlərin müəllifi olan Fransa hansı üzlə dünyaya demokrtaiya dərsi keçir? 

Избранный
8
3
moderator.az

4Источники