RU

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT)İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO)Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyinümayəndə heyəti COP29-un işində iştirak edir.

ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-ninDayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiyaüçün təmiz enerji keçidinin həyata keçirilməsi” sessiyasındabeynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradanqaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdimedilib.

Tədbirdə, o cümlədən 2050-ci ilə qədər “Xalis Sıfır” karbonemissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal AmbisiyaMəqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF),aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinindigər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılantədbirlər haqqında məlumat verilib.

Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nailolmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində vəaviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələribirləşdirməyə bir daha çağırış edilib.

Tədbir zamanı Azərbaycan Respublikasının rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Elmin Məmmədov öz çıxışındadövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədəməlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektivəməkdaşlığın təqdirəlayiqliyini xüsusilə vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA)ilə ICAO arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək,potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF”tərəfdaşlıq sənədi imzalanıb.

Sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Başkatibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoruNikolas Rallo imzalayıb.

“ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradanqazların emissiyalarının azaldılması üzrə hədəflərə nailolunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialınınartırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbətrol oynayacaq.

COP29
COP29
COP29
COP29
Məqalədə:
Избранный
28
17
az.trend.az

10Источники