Əczaçılıq şirkəti "AstraZeneca"nın üçüncü rübdə xalis mənfəət və gəlirində artım qeydə alınıb.
E-saglam.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Məlumata görə, gəlir və mənfəət analitiklərin proqnozlarından daha yaxşı olub.
Hesabat dövründə şirkətin xalis mənfəəti 1,374 milyard dollardan 1,429 milyard dollara yüksəlib. Səhm üzrə mənfəət 1,73 dollardan 2,08 dollara yüksəlib.
Bu dövrdə şirkətin gəliri 11,492 milyard dollardan 13,565 milyard dollara çatıb. (İqtisadiyyat.az)
E-saglam.az