RU

Bakıda keçirilən COP-29-da təşəbbüsü “Qarabağ” öz üzərinə götürdü

Azərbaycanın “Qarabağ” futbol klubu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə birgə mübarizə aparmaq üçün futbol klublarının alyansının yaradılması təşəbbüsü ilə çıxış edib.

azerisport.com xəbər verir ki, bu təşəbbüs COP-29 və BMT-nin İdman və İqlim Dəyişikliyi Departamentinin (UNFCCC) sədrliyi tərəfindən dəstəklənib. Tədbir 16 noyabr saat 14:00-da “Mavi Zonada” yerləşən “Nəsimi” zalında baş tutacaq və zonada akkreditə olunmuş hər kəs üçün açıq olacaq.

İqlim dəyişikliyi və davamlı inkişaf sahəsində təcrübəsi olan, xüsusilə Avropanın tanınmış futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək, bu mühüm toplantıda iştirakını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri geniş müzakirə olunacaq, alyansın tərəfdaş klubları öz təcrübələrini bölüşəcəklər. Tədbir və alyansa qoşulan klublar haqqında ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.

Избранный
30
21
oxumeni.az

10Источники