Bakı. Trend:
"Səbail"in yeni baş məşqçisinin adı məlum olub.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda Cavid Hüseynova tapşırılıb.
36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədərmüqavilə imzalanıb.
Paytaxt təmsilçisi 13 noyabr tarixində, saat 18:00-da CavidHüseynovun rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubundabaş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Əlavə edək ki, "Səbail"in son baş məşqçisi Şahin Diniyev idi. O,noyabrın 3-də istefa verib. Həmin vaxtdan indiyədək komandayamüvəqqəti olaraq Elvin Məmmədov baş məşqçilik edib.