RU

COP29-un təşkilatçılığı hamımızı heyran etdi - Duda

Bakı. Trend:

Bakıda COP29-un təşkilatçılığı hamımızı heyran etdi.

Trend xəbər verir ki, bu barədə COP29-unkeçirildiyi məkanda jurnalistlərə açıqlamasına Polşa PrezidentiAndjey Duda deyib.

"Mən çox şadam ki, Bakıda keçirilən bu iqlim sammitininaçılışında iştirak etmişəm. Konfransın təşkilatçılığı hamımızıheyran etdi. Burada ev sahiblərini, Azərbaycan Prezidenti İlhamƏliyevi təbrik edirik. İqlim sammitinin təşkilində təcrübəmiz varvə tam məsuliyyətlə deyə bilərəm ki, bu sammit yaxşı təşkilolunub," - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
18
4
az.trend.az

4Источники