Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İçərişəhəri ziyarət edib.
Modern.az xəbər verir ki, o, UNESCO Dünya İrs Siyahısına daxil olan İçərişəhəri ziyarəti zamanı onun zəngin tarixi irsi və memarlıq inciləri ilə yaxından tanış olub.
Qeyd edək ki,Avropa İttifaqı Şurasının Prezidenti COP29 tədbirində iştirak üçün Bakıya gəlib.