RU

“The Guardian” yenə sərsəmlədi – bu dəfə də erməni dilində “yazır”...

Image

Azərbaycanın bu günlərdə dünyanın diqqət mərkəzinə düşən mühüm beynəlxalq tədbirə ev sdahibliyi etməsi, dünyanın ekoloji problemlərinin həll yollarının Bakıda müzakirəyə çıxarılması bəzi qaragüruh qüvvələri möhkəmcə narahat edir. Bəşəriyyət üçün son dərəcə önəmli olan belə bir beynəlxalq tədbiri gözdən salmağa çalışanlar cılız maraqlarını planetin gələcəyindən üstün tuturlar. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Artıq əllərində olan media resursları ilə şər-böhtan kampaniyasına başlayan bu qüvvələr, ən müxtəlif sərsəm iddiaları da gündəmə gətirirlər.
 Belə ki, İngiltərənin “The Guardian” nəşri də belə sərsəm iddialardan birini səhifələrinə daşıyıb. Arxasında duran qüvvələrin cılız maraqlarından çıxış edən ingilis nəşri, açıq şəkildə şər-böhtan kampaniyasına qoşulduğunu elan edib. Bu nəşr yazır ki, bəs sən demə Ermənistan COP29 tədbirinə ev sahiblıiyi etmək üçün Azərbaycana ona görə dəstək verib ki, əvəzində Azərbaycan Bakıda həbsxanada saxlanılan erməni separatçılarını azad etsin. Bu sərsəm yazı müəllifləri həttda biraz da qabağa gedərək bəyan edir ki, Avropa İttifaqı və digər beynəlxalq qurumlar əlləri minlərlə azərbaycanlı uşaq və qocaların günahsız qanına batmış erməni qatil separatçılarına görə rəsmi Bakıya qarşı sərt tədbirlər görməlidirlər.

Açıq-aydın erməni diasporunun məkrli siyasətinin izi görünür bu yazıda. Böyük Britaniyanın Baş naziri Kir Ştarmerin Bakıda gərgin müzakirələrə qatıldığı, “COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir” – bəyanatını səsləndirdiyi bir vaxtda, “The Guardian” nəşrinin bu məkrli və yalan dolu məqaləsi həm də Avropadakı qaragüruh qüvvələrin növbəti informasiya blefidir. Uğursuz və iyrənc dolu şər-böhtan, başqa heç nə...

Mətləb Salahov






Избранный
21
baki-xeber.com

1Источники