Prezident Baydenin administrasiyasının səlahiyyət müddətinin başa çatdığı nəzərə alınmaqla, dövlət katibi Entoni Blinken avropalı həmkarları ilə Ukraynanı necə dəstəkləyə biləcəklərini müzakirə etmək üçün Brüsselə təcili səfərə yola düşür.
Çərşənbə günü Blinken Ukraynaya Rusiyanın təcavüzündən qorunması üçün dəstəyi müzakirə etmək məqsədilə NATO və Aİ-dən olan həmkarları ilə görüşəcək, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Blinken Brüsseldən sonra Cənubi Amerikaya yola düşəcək, prezident Baydenlə birlikdə 14-19 noyabr tarixlərində Lima və Rio de Janeyroda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının illik İqtisadi Liderlər Həftəsində və G20 liderlərinin sammitində iştirak edəcək.