"Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir", bu barədə noyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi X sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, nə Bakı, nə də Yerevan bu haqda hər hansı məlumat yaymayıb.