RU

Çin Rusiyaya dəstəyin bədəlini ödəməlidir – Kaja Kallas

Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizəd Kaja Kallas Çini Avropa İttifaqının “sistem düşməni” hesab etdiyini və onun Rusiyanı dəstəklədiyinə görə daha yüksək bədəl ödəməli olduğunu deyib.

Musavat.com xəbər verir ki, o, Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib ki, son illərdə Çinin siyasəti dəyişib:

“İndi o, rəqib və sistemli rəqibdir”.

Kallas qeyd edib ki, Aİ-nin Çindən asılılığını və Çinlə münasibətlərin risklərini azaltma zəruridir:

"Çinin dəstəyi olmadan Rusiya Ukraynadakı münaqişəni davam etdirə bilməyəcək, ona görə də Çin də öz siyasətinin artan bahasını hiss etməlidir".

Kallasın Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyi Aİ-nin iyun ayında keçirilən sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə birlikdə razılaşdırılıb.

Musavat.com

Избранный
22
musavat.com

1Источники