RU

COP29 çərçivəsində 3 mühüm sənəd İMZALANIB

"COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb".   Manset.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev "Öhdəliklərdən fəaliytətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda tədbirdə deyib. O bildirib ki, COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir: "COP29 bizim üçün yaşıl dünya naminə həmrəylik məqsədlərinə nail olmaq üçün əsas açar olacaq. Əgər bu gün biz təbiətin və bəşəriyyətin xilası üçün tədbirlər görməsək, bu qərarsızlığın nəticələri gələcəkdə çox ciddi problemlər yaradacaq". İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong deyib ki, COP29 Prezidentliyi bu tədbirin davam etdiyi müddətdə iqlim dəyişikliyi təsirlərinin qarşısının alınması üçün tədbirləri diqqətdə saxlamalıdır: "Biz bu tədbirdən iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi yeniliklər gözləyirik. Ümid edirəm ki, mən Bakını nəticəsiz tərk etməyəcəyəm". İtki və Zərərlərə Cavab Verən Fondun İdarə Heyətinin həmsədri Jan-Kristof Donnelyenin sözlərinə görə isə, COP29-da tərəflərin konstruktiv müzakirələr aparması və iqlim maliyyəsi sahəsində irəliləyişə hərtərəfli kömək edəcək: "Mən bu mötəbər tədbirə göstərilən diqqətə görə bütün dünya ictimaiyyətinə təşəkkür edirəm. Hər bir ölkə anlamalıdır ki, iqlim maliyyəsinin təminatı asan məsələ olmasa da, mütləq şəkildə öz həllini tapmalıdır". Daha sonra İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan növbəti sənəd isə Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi olub. Filippinin Ətraf Mühit və təbii ehtiyatlar naziri Mariya Antonia Yulo Loysaqa UNFCCC katibliyi ilə keçirilən görüşlərdə çox məhsuldar müzakirələr apardıqlarını deyib:

"Bakıya böyük ümidlərlə gəlmişik. Hesab edirik ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı məqsədlərə nail olmaq təkcə Filippinin və ya hansısa başqa bir dövlətin işi deyil. Burada hər bir ölkə fəal olmalıdır. İndiki məqamda COP29 tədbirini təşkil edilməsi iştirakçı dövlətlərin arasında mühüm perspektivlər açır".

Избранный
21
23
manset.az

10Источники