Bakı. Trend:
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenariclası keçirilib.
Trend xəbər verir ki, iclasasədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirəolunacaq məsələlər barədə məlumat verib.
İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasınınicraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə HökumətlərarasıEkspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, ZimbabvePrezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyxəl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-BisauPrezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda,Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti ƏbdüllətifCamal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo PrezidentiDeni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, LiviyaDövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi,Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv RespublikasınınPrezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, MarşalAdaları Respublikasının Prezidenti Hilda Heine, KiprRespublikasının Prezidenti Nikos Kristodulides, SlovakiyaPrezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının PrezidentiŞarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana SilyanovskaDavkova, Finlandiya Prezidenti Aleksandr Stubb, MonteneqroPrezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel,Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya vəHerseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, QanaPrezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan PrezidentiUxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie,Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-BurhanAbdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, BraziliyanınVitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidentiFilip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti Tiemoko MeylieKone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd AfifDidi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, YəməninVitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidentiMixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq,Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniyaHökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının VəliəhdiŞahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia AmorMottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük BritaniyanınBaş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxışediblər.
Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləriçıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlimdəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıdaduran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrasıistiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda,həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilənqonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.
COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.