RU

“Tramp Ukrayna müharibəsində daha sərt mövqe tutacaq” – Pompeo

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Ukraynadakı müharibə ilə bağlı seçki kampaniyası dövründəkindən daha sərt mövqe tutacaq.

7Times.az  xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo Nyu-Yorkda keçirilən Qlobal Forumda deyib.

Pompeo qeyd edib ki, Tramp Putinə Ukrayna ərazisinə hakim olmağa, onun ərazilərini işğal etməyə imkan verməyəcək: “Prezident Tramp Vladimir Putinin bütün Ukrayna ərazisindən keçməsinə icazə verməyəcək. Ukraynalılara ayrılan maliyyənin kəsilməsi buna gətirib çıxaracaq və bunu bütün komandası ona deyəcək”.

Pompeo deyir ki, belə bir ssenariyə icazə vermək “Trampın üslubu deyil”. O, həmçinin gələcək prezidentin bu müharibədə Qərbin qətiyyətli mövqeyinin zəruriliyini anlayacağına ümid edir: “Qərbin bu quldur və dəhşətli oğlana (Putinə) qarşı durması və şərin qələbə çalmasına imkan verməməsi olduqca vacibdir”.

“AzPolitika.info”

Избранный
22
1
7times.az

2Источники