RU

Zaqatala xəstəxanasında daha bir körpə öldü

Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.

Bakupost.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb.

Rayonun Çobankol kəndindən olan 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev ölüb.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.

Qeyd edək ki, son günlər Zaqatala xəstəxanasının doğum şöbəsində də yeni doğulan 3 körpə ölüb.


Избранный
45
1
bakupost.az

5Источники