RU

Tramp konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə müşaviri TƏYİN ETDİ

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp konqresmen Mayk Uolsu administrasiyasında milli təhlükəsizlik müşaviri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp bəyanat yayıb.

“Konqresmen Mayk Uolsun kabinetimdə Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin olunduğunu elan etməkdən şərəf duyuram”, - deyə Tramp qeyd edib.

Bildirilib ki, Uols Çin, Rusiya, İran və qlobal terrorizmin yaratdığı təhlükələr üzrə ekspertdir. Qeyd edək ki, ABŞ-də milli təhlükəsizlik müşaviri Senatın razılığı olmadan prezident tərəfindən təyin edilir.

Bizim.Media

Избранный
34
1
bizim.media

2Источники