RU

COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək - Konqo Prezidenti

Bakı. Trend:

COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri vəhakimiyyət nümayəndələri görüşüb, bütün dünya səviyyəsində yeniideyaları ətraflı müzakirə edəcəyik.

Trend xəbər verir ki, bubarədə COP29-un Mavi Zonasında Konqo Milli pavilyonunda çıxış edənKonqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso deyib.

Konqonun hər bir şəhərini yaşıl şəhərə çevriləcəyininplanlaşdırıldığını diqqətə çatdıran Prezident, bu məqsədlə minlərləağacın əkildiyini deyib.

“Bütün hakimiyyət orqanlarına müəyyən direktivlər göndərmişəmki, bütün əhali, xalqımız bu əkilmiş ağacların qorunmasını diqqətdəsaxlasın. Gənclərin bu məsələni nəzərdə saxlaması daha çox məqsədəuyğundur. Brazavildə və digər şəhərlərdə bu istiqamətdə, xüsusiləölkədə meşəsalmalara həsr olunmuş müxtəlif konfranslar və tədbirlərtəşkil etmişik.

Hazırda COP29 çərçivəsində biz bir sıra böyük tədbirlər təşkiledirik ki, Afrikanın 15 ölkəsi, həmçinin Karib ölkələri ilə birgəçalışacağıq ki, təbii ehtiyatlar yaşıllaşmanın inkişafetdirilməsinə həsr olunsun və hər bir ölkənin ÜDM-nə daxil edilsin.Noyabrın 13-də COP29 platformasında biz, Afrikanın 15 ölkəsininrəhbərləri və hakimiyyət nümayəndələri görüşüb bütün bu məsələləriətraflı müzakirə edəcəyik.

Burada biz dünya səviyyəsində yeni ideyaları müzakirə edəcəyik.Bu isə təbii zənginliklər ölkənin ÜDM-nin dəyəri kimi qeydəalınsın”, - deyə Konqo Prezidenti bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
26
6
az.trend.az

10Источники