Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları gəmilər Bab əl-Məndəb boğazından keçərkən ABŞ-ın iki idarə olunan raket esminesinə hücum edib.
Publika.az xəbər verir ki,bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinq zamanı bildirib.
"2USS Spruance" və "USS Stockdale" idarəolunan raket esminesləri keçid zamanı səkkiz PUA, beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə qanadlı raketlə hücuma məruz qalıb, onların hamısı uğurla vurulub”, - deyə o bildirib.
Rayder əlavə edib ki, hücum nəticəsində Amerika gəmiləri zərər görməyib. Mətbuat katibi qeyd edib ki, esmineslərin ekipajı da xəsarət almayıb.