Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.
Medianews.az milli.az-a istinadla bildirir ki, o, aparıcısı olduğu verilişdə müğənni həyat yoldaşı Doğuşla münasibətlərindən danışıb.
Onun bir baxışı ilə harada dayanmalı olduğunu yaxşı bildiyini deyən aparıcı etirafı marağa səbəb olub.
Ailəsində söz-söhbət olan zaman güzəştə getməyi bacaran Xoşqədəm hörmət əlaməti olaraq, hər zaman ərinə Doğuş bəy deyə, müraciət etdiyini deyib.