RU

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşmək üçün əla fürsətdir - Çinpenq Vey

Bakı. Trend:

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşməküçün əla fürsətdir.

Trend xəbər verir ki, bunuTsinxua Universitetinin elmlər doktoru Çinpenq Vey (Qingpeng Wei)“Çin İnvestisiya Assosiasiyası: sıfır karbon təsviri” mövzusundakeçirilən panel müzakirədə bildirib.

"Son illərdə Çin tikinti, sənaye, nəqliyyat və digər sektorlarüzrə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün birçox metod tətbiq edib. İki nümunəni qeyd etmək istəyirəm.Birincisi, Tsindao şəhərində yelkən idmanı üzrə Olimpiya Mərkəzindəyaradılmış “səhralıq icması” layihəsidir. Tsindao Sakit Okeansahilində yerləşən və oxşar iqlim şəraitinə malik bir şəhərdir.Bakı kimi, burada da qış aylarında soyuq və yayda günəşli günlərolur. 10 milyondan çox sakini olan bu böyük şəhərdə yerləşənOlimpiya Mərkəzi, strukturu baxımından yerli komplekslərixatırladır", – o bildirib.

Onun sözlərinə görə, Olimpiya Mərkəzi konqres mərkəzləri,hotellər, ofislər və kiçik binalar daxil olmaqla, on müxtəlif tiplibinalardan ibarətdir.

"İlkin karbon intensivliyi ildə bir kvadratmetr üçün təxminən 52kiloqram CO₂ təşkil edirdi. Karbon neytrallığına çatmaq üçün yalnızenerji istehlakını azaltmaq deyil, həm də bərpa olunan enerjimənbələrinin payını artırmaq lazımdır. Bunun üçün bir neçəstrategiya seçildi: yüksək effektivliyə malik istilik izolyasiyamateriallarının istifadəsi və binaların enerji effektivliyininartırılması, bu da qışda küləkli hava şəraiti ilə seçilən Bakı üçündə xüsusilə əhəmiyyətlidir. Bu tədbirlər sayəsində biz illik birkvadratmetr üçün təxminən 0,2 qiqavat-saat istilik tələbatını təminetmişik," – o əlavə edib.

O, həmçinin əvvəlki qaz qazanlarının istilik nasosları ilə əvəzolunduğunu qeyd edib.

“Sistem dəniz suyu əsaslı istilik nasosundan istifadə edir vəbu, yüksək səmərəliliyə malikdir, məhsuldarlıq əmsalı 5 kilovatıkeçib. Bu o deməkdir ki, hər 1 kilovat-saat elektrik enerjisi 5kilovat-saat istilik istehsal edərək binaları qızdırır. Bu ikiyanaşma sayəsində biz istilik zamanı enerji istehlakını və karbonemissiyalarını ilkin səviyyəyə nisbətən 70 faiz azaltmağa nailolmuşuq", – Çinpenq Vey vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
43
2
az.trend.az

3Источники