RU

Yunanıstan Baş naziri: İqlim böhranı burada artıq bizimlədir

Yunanıstan hazırda iqlim böhranı ilə üz-üzədir və buna görə də enerji keçidini sürətləndirmək və adaptasiyaya daha çox diqqət yetirmək lazımdır.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis jurnalistlərə açıqlamasında bildirib.

\"Mən bu konfranslara gələndə həmişə \"ehtiyatlı nikbin” oluram. Mən əslən Yunanıstandan, Aralıq dənizi ölkəsindənəm. Biz hazırda iqlim böhranı ilə üzləşirik. Hamımız başa düşürük ki, enerji iqlim keçidini sürətləndirməli və eyni zamanda adaptasiyaya daha çox diqqət yetirməliyik. İqlim böhranı artıq burada bizimlədir\", - K.Miçotakis bildirib.

Onun sözlərinə görə, bu təkcə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq məsələsi deyil, bu, həm də 2024, 2025 və növbəti illərdə ölkələrimizin vətəndaşlarının qorunması məsələsidir.

\"Düzgün balansa nail olmaq hamımızın rifahı üçün həlledici əhəmiyyət kəsb edəcək\", - baş nazir qeyd edib.
 
///Report
Избранный
21
3
azxeber.com

4Источники