RU

“Ermənistanın iştirakı hələlik məlum deyil” - Yenilənib

“COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistanın tədbirdə iştirakı hələlik məlum deyil.

A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib:

“İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin şübhəsiz ki, əsas prioriteti olmalıdır.

Biz Ermənistanın iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz ki, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir”.

***

A.Hacızadə əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycan və Ermənistanın iddiaları ilə əlaqədar verilən müvafiq qərar qəbul edilib:

“Bu qərar çərçivəsində Azərbaycanın, müvafiq plaraq Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan hüquqları və etnik təmizləmə siyasəti ilə bağlı iddialar var. Bu iddialar çərçivəsində də Azərbaycana qarşl təhdid olan mina məsələsi gündəmdə olub.

Azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti məhkəmə tərəfindən nəzərdən keçirilməsi mahiyyəti üzrə baxılacaq. Bu barədə məhkəmə qərarı mövcuddur. Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçicəsində deyil, eyni zamada arbitraj prosesləri çərçivəsində də Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Hazırda konkret vaxt demək çətindir".

Gülnar Əliyeva

Избранный
27
1
qafqazinfo.az

10Источники