RU

Küveyt Vəliəhdi: 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyirik

Küveyt 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyir.

“Report” xəbər verir ki, bunu Küveyt Dövlətinin vəliəhdi Sabah əl-Xalid əs-Sabah Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

"İqlim dəyişikliyi bir çox ölkələr, o cümlədən Küveyt üçün təhdidə çevrilən qlobal problemdir. İqlim dəyişikliyinin təsirləri artan temperatur, toz fırtınaları, yağıntı çatışmazlığı səbəbindən daha da hiss olunur və sürətlənir, bunlar ölkəmizdə gündəlik həyata birbaşa təsir göstərir", - vəliəhd bildirib.

Onun sözlərinə görə, Küveyt inkişaf etmiş ölkələri Çərçivə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyə və ən az inkişaf etmiş ölkələrin gələcək fəaliyyət üçün lazımi potensiala malik olması üçün onlara maliyyə və texniki dəstək göstərməyə çağırır.

"Ölkəmiz Ərəb İqtisadi İnkişaf Küveyt Fondu vasitəsilə dünyanın inkişaf etməkdə olan ölkələrinə kömək etmək üçün mümkün olan bütün səyləri göstərir. Bununla əlaqədar biz 27 milyard ABŞ dolları məbləğində kredit və qrant təqdim edirik", - Sabah əl-Xalid əs-Sabah qeyd edib.

Vəliəhd vurğulayıb ki, Küveyt 2050-ci ilə qədər olan dövr üçün az həcmli istixana qazı emissiyalarına əsaslanan iqtisadi inkişaf modeli yaradıb. Hədəf 2060-cı ilə qədər karbon neytrallığına nail olmaqdır", - o əlavə edib.

Onun sözlərinə görə, Küveyt 2040-cı ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı planlaşdırır.

Избранный
14
3
musavat.com

4Источники