RU

COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi görürük - Türkiyəli nazir

Bakı. Trend:

Biz hazırda qlobal miqyasda konkret addımların atılacağına dairgözləntilərin ən yüksək olduğu COP iclaslarından birini keçiririk.Türkiyə olaraq hesab edirik ki, builki sammitin gündəliyi maliyyəyəçıxışı olmayan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, busözləri Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat KurumBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən“Türkiyənin iqlim baxışı” adlı tədbirdə söyləyib.

Onun sözlərinə görə, Türkiyə aidiyyəti qurumları ilə birlikdəbir ildir ki, COP29-a intensiv hazırlaşır.

"İqlim maliyyəsinə çıxışın asanlaşdırılması daha ədalətli dünyaüçün vacibdir. Türkiyə olaraq COP29-u iqlim maliyyəsində dönüşnöqtəsi kimi gördüyümüzü bildiririk. Növbəti on gün ərzində biziqlim maliyyəsinin yeni hədəflərini müəyyən etməyə çalışacağıq.Təbii ki, COP29 ölkələrin iqlim böhranı ilə bağlı nə etdiklərinigörmək baxımından mühüm əhəmiyyətə malik bir sammitdir. Çünki Parisrazılaşması ilə yeni dövrə qədəm qoyan ölkələrin şəffaflıqhesabatları bu sammitin ən mühüm mövzularından biridir", - deyəM.Kurum vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
33
8
az.trend.az

1Источники