RU

Azərbaycanda çağrışçıların yaş həddi artırılır? - RƏSMİ AÇIQLAMA - VİDEO

"35 yaşı tamam olmayıb, amma hərbi xidmətdən yayınanlar mütləq xidmətə cəlb ediləcəklər''.

Day.Az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov deyib. Xidmət rəisi əlavə edib ki, xidmətə cəlb edilməli olan şəxslərlə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib.

''Hərbi Xidmətkeçmə Haqqında'' əsasnamənin təsdiq edilməsi barədə və ''Hərbi vəzifə və xidmət haqqında'' qanunun dəyişdirilməsi təklifindən də danışan Mürsəl İbrahimov bildirib ki, qanun layihəsində çağrışçıların yaş həddinin artırılması gözlənilmir.

Mürsəl İbrahimov son illərdə Xidmətin bəzi rayon şöbələrinin vəzifəli şəxslərinin rüşvət almaqda şübhəli bilinərək saxlanılmasına da münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
209
1
day.az

2Источники