RU

"COP29-un maliyyə sammitinə çevriləcəyinə inanıram" - Şahbaz Şərif (VİDEO)

"İqlim dəyişikliyi ilə bağlı tədbirlərin uğurlu olması üçün ilk növbədə, Parisdə 10 il əvvəl götürülən öhdəliklər yerinə yetirilməlidir. Pakistan xalqı əməksevər və məsuliyyətli xalqdır. Biz ümumi enerji tələbatımızın 60 faizinin ekoloji cəhətdən təmiz mənbələr hesabına əldə etməyi öhdəmizə götürmüşük".

"Unikal" xəbər verir ki, bunu Pakistan Prezidenti Məhəmməd Şahbaz Şərif "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində deyib.

"Lakin bunun üçün ölkəmizin beynəlxalq dəstəyə ehtiyacı var. İnkişaf etməkdə olan ölkələrin öz öhdəliklərini yerinə yetirməsi üçün 6 trilyon dollardan çox vəsaitə ehtiyacı var. Azərbaycanın rəhbərliyi ilə COP29-un maliyyə sammitinə çevriləcəyinə inanıram. İki il əvvəl biz demişdik ki, gələcək bizim fəaliyyətsizliyimizi bağışlamayacaq", - deyə Şərif bildirib. 

Избранный
10
5
unikal.az

6Источники