RU

COP29-da iqlim dəyişikliyinin aviasiya sektoruna təsirləri və gələcək çətinliklər müzakirə olunur

Hazırda dünya əhalisinin cəmi 10 %-i hava nəqliyyatından istifadə edir, lakin gəlirlərin artması ilə bu rəqəmin yüksələcəyi gözlənilir.

FED.az xəbər verir ki, bunu Kembric Universitetinin Aviasiya Təsir Sürətləndiricisi üzrə direktoru Rob Miller BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Aviasiya Təsir Sürətləndiricisi və Sıçrayış Enerjisi” adlı tədbirdə deyib.

“Dünyanı 2050-ci ilə qədər gözləyən əsas problemlərdən biri aviasiya sektorunun iqlimə mənfi təsirləri ilə bağlı olacaq. Aviasiyanın iqlimə təsiri təkcə CO2 emissiyaları ilə məhdudlaşmır. Təyyarələrin yaratdığı inversiya izləri də iqlimin istiləşməsinə əhəmiyyətli təsir göstərir. Mövcud trafik səviyyələrində bu izlərin səbəb olduğu istiləşmə 33 milyard ton CO2 ekvivalentinə çatır ki, bu da IPCC-nin (İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel) qalan 1,5°C temperatur artışı üçün təyin etdiyi karbon büdcəsinin təxminən 16 %-nə bərabərdir”, - deyə R. Miller vurğulayıb.

O əlavə edib ki, aviasiya sənayesi və siyasət dairələrindən kənarda, qlobal karbon emissiyalarını azaltmaq məqsədilə inversiya izlərinin selektiv şəkildə qarşısını almaq üçün imkanlar hələ ki, məhduddur (Report).

Избранный
15
3
fed.az

4Источники