RU

“Barselona”ya getməyib, “Sumqayıt”a gələn futbolçu - MÜSAHİBƏ

“Sumqayıt”ın ekvadorlu yarımmüdafiəçisi ölkəsinin mətbuatına müsahibə verib.

Sumqayit24.az xəbər verir ki, “EXPRESO”ya danışan Cordan Rezabala Azərbaycandakı çıxışından və liqanın səviyyəsindən söhbət açıb.

– Azərbaycana köçdükdən sonra özünüzü necə hiss edirsiniz?

– Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, komanda da məndən razıdır. Biz hətta rəhbərliklə müqavilə müddətinin artırılmasının mümkünlüyü barədə danışmışıq. Amma düşünürəm ki, bu barədə söz açmaq hələ tezdir. Axı çempionat bir müddət əvvəl, avqustda başlayıb.

– Bu ölkədə liqa hansı səviyyədədir?

– Bu, Avropa yarışlarında iştirak etmək imkanı verən çox rəqabətli liqadır. Xoşbəxtlikdən Konfrans Liqasında oynamaq imkanım oldu.

– “Sumqayıt”la müqaviləniz nə vaxt başa çatır?

– Gələn ilin iyun ayına kimi Azərbaycanda olacam.

– Başqa liqaların klublarından təklif almısınız?

– Bəli, çox adam mənimlə əlaqə saxlayıb. Qeyri-rəsmi idi, amma müqavilə vəziyyətimi soruşdular. Təbii ki, razılaşa bilməzdim, çünki mənim agentim və hörmət etməli olduğum müqaviləm var.

– Vaxtilə “Barselona”dan təklif almışdınız…

– Bəli, “Quayakil”də yaxşı səviyyədə çıxış etdiyim vaxtlarda olmuşdu. “Barselona”nın rəsmiləri ilə danışmışdım. Ancaq başa düşdüm ki, oynamaq üçün çox imkan olmayacaq. Bu, göstərdiyim sabitliyə baxmayaraq belə olacaqdı. Bundan başqa, mənim mövqeyimdə çoxlu futbolçu var idi. Atam “Barselona”nın sadiq azarkeşidir. Ona bu klubdan maraq olduğunu söylədim və o, mənə dedi: “Çox şey haqqında düşünməlisən. Məsələn, oynayıb-oynamayacağını”.

İdman.biz

Избранный
27
2
idman.biz

3Источники