RU

Kiçik ada ölkələrində iqlim dəyişiklikləri ciddi dağıntılara səbəb olur

Maliyyə əlçatanlığının təmin edilməsi iqlim dəyişikliklərindən əziyyət çəkən həssas ölkələrin öz ayaqları üzərində durmasına imkan yaradacaq.

“İki sahil” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyada Kiçik Ada Dövlətləri Alyansı sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes deyib.

Onun sözlərinə görə, kiçik ada ölkələrində iqlim dəyişiklikləri ciddi dağıntılara səbəb olur:

"Bu dağıntıları bərpa etmək üçün ciddi maliyyə lazımdır. Məsələn, Karib dənizi ölkələrində insanların qazancı inkişaf edən ölkələrlə müqayisədə azdır. Onlar kredit belə almaqda çətinlik çəkirlər. Bu ölkələr iqlim dəyişikliyinə təsir etməsələr də, bundan əziyyət çəkirlər. Onlar dəyişiklikliyə adaptasiya üçün kreditlər alırlar. Düşünürəm ki, bu maliyyənin artırılması, mənbəyinin genişləndirilməsi lazımdır".

Избранный
31
ikisahil.az

1Источники