RU

“Əsas diqqət Azərbaycanla oyuna yönəlib” – Estoniyanın kapitanı

“Biz Millətlər Liqasında mövsümü layiqli başa vurmaq istəyirik və bu səbəbdən Slovakiya ilə matç da çox vacibdir. Üstəlik, son vaxtlar daha güclü komandalara qarşı yaxşı nəticə əldə etmirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Estoniya milli komandasının kapitanı Karol Mets Millətlər Liqası V turunun Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Əsas diqqət Azərbaycanla oyuna yönəlib. Düzünü desək, bu, əsas görüşdü. Bu oyun C divizionunda qalmaq üçün böyük bir addım ola bilər”.

Azərbaycan – Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək.

Избранный
11
1
idmanxeber.az

3Источники