RU

Maldiv Prezidenti ölkələri ÜDM-lərinə uyğun iqlim maliyyəsi ayırmağa çağırıb

İqlim dəyişikliyi ilə mübarizəyə dair həmrəyliyin bəyan edilməsi kifayət deyil, bu məsələyə hərtərəfli yaxınlaşmalıyıq.

APA-nın xəbərinə görə, bunu Maldiv Prezidenti Məhəmməd Muizzu COP29 çərçivəsində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində bildirib.


Maldiv Prezidenti deyib ki, ada dövlətlərində şəhərlərin, kəndlərin inkişafı bundan asılı olacaq: “Biz bərpa olunan enerjiyə daha çox sərmayə yatırılmasını çıxış yolu kimi görürük. Qarşımızda duran yaşıl gündəliyin icrasına çalışacağıq. Biz səylərimizi birləşdirməsək, təxirəsalınmaz çağırışlara cavab verə bilməyəcəyik. Tərəfdaşlarımız birgə fəaliyyət göstərərək çağırışları aradan qaldırıla bilər. Ölkələr ÜDM-lərindən asılı olaraq iqlim maliyyəsinə töhfə verməlidirlər. Eyni zamanda, karbon bazarı mexanizmini işləyib hazırlamalıyıq. Bununla bağlı ölkələr arasında körpülər salına bilər. Həmrəylik nümayiş etdirərək dünyamızı transformasiya etməliyik”.

Избранный
12
apa.az

1Источники