RU

İFC-nin İcraçı direktoru: Azərbaycan rəhbərliyi COP29-la bağlı təşkilatçılığı yüksək səviyyədə həyata keçirir

Azərbaycan rəhbərliyi COP29-la bağlı təşkilatçılığı yüksək səviyyədə həyata keçirir. Bu beynəlxalq tədbirə çox yaxşı hazırlıq görülüb.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının İcraçı direktoru (İFC) Makhtar Diop deyib.

O bildirib ki, ümumilikdə panel müzakirələri göstərir ki, yaşıl iqtisadiyyata keçid üçün kiçik və orta sahibkarlığın dəstəklənməsinə ehtiyac var. COP29 müddətində bu sahədə vacib addımların atılması və investisiyalarla bağlı müzakirələr davam edəcək.

İcraçı direktor panel müzakirələri zamanı isə əlavə edib ki, İFC İqlimə dayanıqlı gələcək üçün gender əsaslı innovasiyalara yatırım edir. Korporasiya bu baxımdan Kolumbiyaya və Hindistana nəqliyyat sahəsinə investisiya edib.

Избранный
32
3
apa.az

4Источники