RU

İspaniya yeni sel təhlükəsinə hazırlaşır - Xalq hökumətin istefasını tələb edir

Məlum olduğu kimi, İspaniyaya təsir edən güclü yağışlar 1973-cü ildən bəri ən ölümcül daşqınlara səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkəni fəlakətə sürükləyən yağışlar ən azı 222 nəfərin həyatına son qoyub, infrastrukturu məhv edib.
 
Ölkə hələ yaralarını sağaltmamış halda, yağış xəbərdarlığı ilə yenidən sarsılıb.
 
Hələ də itkin düşənləri axtaran və hökumətin istefasını tələb edən xalq yenidən fəlakətə hazırlaşmağa başlayıb.
  
İspaniyanın Meteorologiya Agentliyi Aemet, Valensiya, Kataloniya və Əndəlus və Balear adalarının bəzi bölgələrində narıncı xəbərdarlıq elan edib.

Agentlik çox güclüdən şiddətli yağış və tufanlar barədə xəbərdarlıq edib.

Narıncı siqnal ikinci ən yüksək xəbərdarlıqdır və əhəmiyyətli meteoroloji hadisəni göstərir.
 
Hökumətin gördüyü tədbirləri qeyri-kafi hesab edən xalq yerli hökumətin istefasını istəyir.

Təxminən 100 nəfərlik qrup İspaniya kralının üzərinə palçıq və kürək ataraq onu təhqir edib, qatillər deyə qışqırıblar.

Ötən həftə sonu 100 mindən çox etirazçı küçələrə çıxaraq xəbərdarlıqlara məhəl qoymayan və tədbir görməyən yerli hökumət rəhbərlərinin istefası tələbi ilə nümayişlər keçirib.
  
Mikayıl
Избранный
28
16
azxeber.com

10Источники